Gözəllik-dəb
Saçları uzadan təbii üsullar
Gözəllik-dəb

Saçları uzadan təbii üsullar

E-saglam.az "axşam.az"a istinadən təbii üsullarla saça qulluq vasitələrini təqdim edir. 

Kakos yağı

Hind qozu yağı zədələnmiş saçları qoruyur, uzanması üçün protein və amin turşularının itkisini azaldır, tərkibində kimyəvi maddələr olan məhsulların yan təsirlərini dəyişir.

Saç dibini bir neçə xörək qaşığı kokos yağı ilə masaj edin və bir saatdan sonra yuyun.

Soğan suyu

Soğan suyu fitokimyəvi birləşmələri sayəsində saçqıranları müalicə edir.

Yarım soğanın suyunu sıxın və saç dərisinə çəkin. Qoxusundan xilas olmaq üçün bol şampunla yuyun. Bunu həftədə iki dəfə edin.

Samanlıq güldəfnəsi

Tərkibindəki bioaktiv birləşmələr daha parlaq saçlara sahib olmağınıza yardımçı olacaq.

Toxumları gecə boyuncu suda saxlayın. Daha sonra onu yaxşıca əzib saçınıza çəkin, su ilə durulayın.

Qatıq

Saçınızın daha tez və saçqıransız uzanmasına kömək edəcək. Saçı daha həcmli və yumşaq edəcək.

Yaşıl çay

Saç tökülməsini azaldacaq və ipək kimi saçlara sahib olmağınıza yardımçı olacaq.

Rozmarin yağı

Bir neçə damla rozmarin yağını başqa bitki yağları ilə qarışdırıb saçınıza çəkin, saç diblərini masaj edin və su ilə durulayın. Tərkibi bu tip yağlar olan şampunlardan da istifadə edə bilərsiniz.

Balıq yağı

Balıq yağını maye və ya kapsul şəklində istehlak etmək saçların uzanmasında böyük rol oynayır. Eyni zamanda saç tökülməsinin də qarşısını alır.

Qəhvə

Kofein saçların uzanmasını sürətləndirir. Eyni zamanda saçın seyrəlməsini azaldır. Bunun üçün hər gün bir fincan qəhvə içməyiniz kifayətdir.

Yumurta

Yumurta saçları sağaldan, qidalandıran, onları mümkün qədər güclü edən çox miqdarda lesitin və protein ehtiva edir. Tərkibində kəpəkdən əziyyət çəkənlərə kömək edə biləcək yüksək miqdarda kükürd də var.

İki yumurtanı iki xörək qaşığı zeytun yağı ilə qarışdırın. Yapışqanlığı azaltmaq üçün yarım stəkan su əlavə edin. Daranmış quru saça çəkin, 30 dəqiqə saxladıqdan sonra yuyun.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun