Gözəllik-dəb
Saçları səhər, yoxsa axşam yumaq lazımdır? -
Gözəllik-dəb

Saçları səhər, yoxsa axşam yumaq lazımdır? - Saç mütəxəssisindən ipucu

E-saglam.az xəbər verir ki, səhər saçınızı yumaq günə təravətli başlamağa və saç düzümünü asanlaşdırmağa kömək edir. Saçlar gün ərzində daha təmiz və səliqəli görünür. Səhər yuyulduqda saçlar tez quruyur və çirklənmənin qarşısını almağa kömək edir.

Axşam saç yumaq isə gün ərzində toplanmış çirk və tərdən xilas olmağa imkan yaradır. Bu, xüsusilə səhərlər vaxtı olmayanlar üçün ideal seçim ola bilər. Axşam saçları yumaq onlara təbii şəkildə qurumağa şans verir və fen istifadəsini azaltmağa kömək edir. Lakin mütəxəssislər yaş saçla yatmağın zərərlərini vurğulayırlar. Yaş saçlar yastığa sürtünərək qırılmalara səbəb ola bilər və səhərlər dağınıq görünüş yarada bilər.

Saç yuma tezliyi isə saç tipindən asılıdır. Yağlı saçlar tez çirkləndiyi üçün hər gün yuyulması tövsiyə olunur. Quru saçlar üçün həftədə 1-2 dəfə yumaq kifayətdir. Normal və boyalı saçlar üçün isə həftədə 2-3 dəfə yumaq uyğun hesab olunur.

Əsas məqam saçları tam qurutmadan yatmamaq və saç tipinə uyğun şampunlardan istifadə etməkdir. Sağlam saçlar üçün müntəzəm qulluq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun