
Alma sirkəsi saç baxımında geniş istifadə olunur və düzgün tətbiq edildikdə bir çox faydası var.

E-saglam.az xəbər verir ki, təbii turşular, vitaminlər və minerallarla zəngin olan alma sirkəsi saçları parlaqlaşdırır, baş dərisinin pH balansını qoruyur, kəpək və qaşınmanı azaldır, saç tökülməsinin qarşısını almağa kömək edir.
Mütəxəssislər bildirir ki, sirkəni birbaşa saça çəkmək olmaz. Bu, baş dərisini qıcıqlandıra və saçları zəiflədə bilər. Ona görə də sirkə mütləq yüngülləşdirilməli, yəni su ilə qarışdırılaraq istifadə olunmalıdır. Ən yaxşı nəticə üçün 1 stəkan ilıq suya 3-4 xörək qaşığı təbii alma sirkəsi əlavə edin. Bu qarışığı saçlarınızı şampunla yuduqdan sonra tətbiq edib 3-5 dəqiqə saxlayın və sonra yuyun.
Prof. Dr. Canan Karatay evdə hazırlanan sirkənin daha faydalı olduğunu bildirir və market məhsullarından uzaq durmağı tövsiyə edir. Prof. Dr. İbrahim Saraçoğlu isə alma sirkəsinin qaşınma və iltihaba qarşı effektiv olduğunu vurğulayır.
Nəticə olaraq, təbii və düzgün istifadə olunan alma sirkəsi saçlara zərər vermir, əksinə, onları canlandırır və sağlamlaşdırır. Ancaq hər kəsin saç və dərisi fərqlidir, buna görə əvvəlcədən kiçik bir test etmək məsləhətdir.
Tərcümə: Könül Oruc