Gözəllik-dəb
Saça xına qoymağın mənfi təsiri aşkarlanıb -
Gözəllik-dəb

Saça xına qoymağın mənfi təsiri aşkarlanıb - təbii boya olsa da

E-saglam.az xəbər verir ki, tərkibində kimyəvi maddələr olmadığı üçün təbii boya olan xınaya üstünlük verilsə də, mütəxəssislər səhv istifadə edildikdə saç sağlamlığına mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.

Bitki mənşəli boya olan xınanın eramızdan əvvəl 7-ci əsrə aid tarixi var. İlk dəfə bədən sənəti üçün istifadə edilən bu təbii maddə zamanla saçların rənglənməsi və yumşaldılması üçün də məşhurlaşıb. Ancaq xına hər saç növü üçün uyğun deyil.

Qırılma və quruluq riski

Xınanın düzgün tətbiq edilməməsi saç tellərini və baş dərisini qurudaraq qırılmalara səbəb ola bilər. Mütəxəssislər deyirlər ki, baş dərisi həssas olan insanlar uzun müddət saçlarında xına qoymamalıdırlar, əks halda saç tökülməsi və qırılması qaçılmaz olacaq.

Nəmlik itkisi

Xınanın ən böyük zərərlərindən biri də saçları qurutmasıdır. Mütəxəssislər bu problemin qarşısını almaq üçün xına qarışığına aloe vera, qızılgül suyu və ya təbii nəmləndiricilərin əlavə edilməsi lazım olduğunu vurğulayırlar. Əks halda saçların sərtləşə və kövrək ola biləcəyi bildirilir.

Kimyəvi maddələrlə birləşdikdə zərər verə bilər

Xına qalıcı boya olduğu üçün onu saçdan çıxarmaq çox çətindir. Bu səbəbdən xınadan sonra kimyəvi boyalardan və ya ağardıcılardan (saçın rəngini açmaq üçün vasitələr) istifadə saç tellərini zəiflədə və saç tökülməsinə səbəb ola bilər. Xüsusilə qeyd olunur ki, tərkibində metal duzları və əlavələri olan boyalardan qaçınmaq lazımdır.

Diqqətlə istifadə etmək lazımdır

Xına təbii bir seçim olsa da, mütəxəssislər şüurlu və diqqətli istifadə edilməli olduğunu, səhv tətbiqlərin uzun müddət saç problemlərinə səbəb ola biləcəyini deyirlər. Xınanın faydalarını maksimum dərəcədə artırmaq və zərərlərini minimuma endirmək üçün düzgün üsullarla tətbiq etmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun