
Saç tökülməsi bədəndəki balanssızlığın əlaməti ola bilər.

E-saglam.az xəbər verir ki, kosmetologiya üzrə ekspert Alena Şeverdina bu problemin əsas səbəblərindən və effektiv müalicə yollarından danışır.
Saçın həyatı və dövriyyəsi
İnsan doğulduqda başında müəyyən sayda saç kökü olur. Bu follikullar həyat boyu 20-30 dəfə yeni saç çıxara bilir. Saçın ömrü 3 mərhələdən ibarətdir: böyümə (anagen), keçid (katagen), istirahət və tökülmə (telogen). Bu proses daim təkrarlanır.
Əsas səbəblər:
-
Genetika: Ən yayılmış səbəb androgenetik alopesiyadır.
-
Stress: Fiziki və emosional gərginlik saçların vaxtından əvvəl istirahət mərhələsinə keçməsinə səbəb olur.
-
Pəhriz: D vitamini, dəmir, sink və biotin kimi maddələrin çatışmazlığı saç tökülməsinə gətirib çıxarır.
-
Hormonlar: Hamiləlik, menopoz və digər hormonal dəyişikliklər saçlara təsir göstərir.
-
Xəstəliklər və düzgün olmayan qulluq: Otoimmün və yoluxucu xəstəliklər, həmçinin kimyəvi məhsullar və istiliklə tez-tez işləmə saç strukturunu zəiflədir.
Nə etməli?
-
Bəsləyici pəhriz saxlayın: B vitaminləri, dəmir, omeqa-3 və zülalla zəngin qidalar.
-
Təbii tərkibli şampunlardan istifadə edin, əlavə olaraq gicitkən, argan yağı, niasinamid və keramidlər faydalıdır.
-
Saçı öz-özünə qurumağa buraxmaq məsləhətdir. Fen istifadə olunacaqsa, orta temperatur seçilməlidir.
Aparatla dəstək
Ev şəraitində tətbiq oluna bilən müasir cihazlar salon prosedurlarına alternativ ola bilər:
-
Mikro cərəyanlar (EMS): Qan dövranını artırır, saç follikullarını aktivləşdirir.
-
LED terapiyası: Qırmızı işıq follikulları gücləndirir, mavi işıq yağlanmanı azaldır.
-
RF-liftinq və vakuum masaj: Kollagen istehsalını artırır, limfa axınını yaxşılaşdırır.
Saç tökülməsi yalnız kosmetik deyil, sağlamlıq siqnalı da ola bilər. Mütəxəssisə müraciət etməklə səbəbləri müəyyən edib, düzgün yanaşma ilə nəticə əldə etmək mümkündür.
Tərcümə: Könül Oruc