Sabirabadda qadın heyvanlara verilən dərmandan zəhərlənib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Çöl Beşdəli kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü A.Babayeva xəstəliklərin qarşısını almaq məqsədi ilə mal-qaraya dərman verilərkən zəhərlənib.
O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
A.Babayevanın üçaylıq hamilə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.