Sabahın hava proqnozu açıqlandı
Sabahın hava proqnozu açıqlandı

Ölkə ərazisində fevralın 13-də gözlənilən hava şəraiti açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən E-saglam.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.

E-saglam.az