Dekabrın 18-də saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.
E-saglam.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib. Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub.
Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
APA-nın yerli bürosunun xəbərinə görə, "Setra" markalı iri tutumlu avtobusda 8 şagird və 1 müəllim zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, zəhərlənməyə avtobusun havalanma sistemi vasitəsi ilə içəriyə daxil olan dəm qazı səbəb olub. Avtobus ekspertizaya göndərilib.
***
12.19
Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən 8 məktəbli Saatlı rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.