Xəbərlər
Rusiyada kuryoz hadisə:
Xəbərlər

Rusiyada kuryoz hadisə: Gənc qız "təsadüfən" diş fırçasını udub

Rusiyanın Moskva vilayətində 16 yaşlı qız dişlərini fırçalayarkən təsadüfən diş fırçasını udub.

E-saglam.az-ın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, gənc qız ürəkbulanma və döş qəfəsinin yuxarı hissəsində ağrı şikayətləri ilə həkimə müraciət edib.

Rentgen müayinəsi zamanı qızın mədəsində çəhrayı rəngdə diş fırçası aşkarlanıb. Qız bildirib ki, dişlərini fırçaladığı zaman diqqəti dağılıb və nəticədə diş fırçası harasa yoxa çıxıb.

Ümumi anesteziya altında və endoskopik alətin köməyi ilə yarım saat ərzində diş fırçası qızın mədəsindən çıxarılıb. Hazırda onun həyatı təhlükədə deyil.

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun