Xəbərlər
Respublika Perinatal Mərkəzində yanğın baş verib -
Xəbərlər
153

Respublika Perinatal Mərkəzində yanğın baş verib - Hamilələr və körpələr təxliyə olunub

Yanğın Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində baş verib.

TƏBİB-dən E-saglam.az-a verilən məlumata görə, 09 yanvar 2024-cü il saat 03:35-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən  Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri başa çatıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları hadisə yerinə cəlb olunub. 

Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir.  

Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilir. İndiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb. 

Yanğın nəticəsində xəsarət alan olmayıb.

1 nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.  Ona zəruri tibbi xidmət göstərilir.

TƏBİB rəhbərliyi hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun