Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var
Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan E-saglam.az-a bildirilib ki, Günəş fəallığı artıb. Günəş ləkələrinin sayı artaraq 9 ləkə qrupunda 152 ləkə müşahidə olunur. Şərq limbi ətrafında tac dəlikləri müşahidə olunur. Hazırda Günəş küləyinin sürəti 437 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 14.76 nT, radial istiqamətdə isə 4.4 nT təşkil edir.

Mayın 13-dən 18-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 90 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 50 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə baş vermiş alışmalar səbəbindən S1 səviyyəsinə yüksəlməsi proqnozlaşdırılır.

Geomaqnit sahəsinin yüksəksürətli tac dəliyi axınlarının və tac kütlə atılmalarının (TKA) təsiri ilə aktivləşəcəyi proqnozlaşdırılır. Mayın 5-də baş vermiş TKA və tac dəliklərinin birgə təsiri nəticəsində mayın 8-də yenidən G1 səviyyəli geomaqnit qasırğası olması ehtimalı var.

E-saglam.az