Yandex watch
Ramazanda immunitetinizi gücləndirmək üçün –

Ramazan ayında düzgün qidalanma fiziki və ruhi sağlamlığı qorumaq üçün vacibdir. Mütəxəssislər imsak və iftar zamanı balanslı qidalanmanın immuniteti gücləndirdiyini vurğulayırlar.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, imsak zamanı yeyilən qidalar gün boyu enerjili qalmaq üçün mühüm rol oynayır. Uzun müddət tox tutan və immuniteti gücləndirən qidalar arasında yumurta, menemen, omlet, qoz, avokado və zeytun yer alır. Göyərtilər və tam taxıl çörəyi də menyuda olmalıdır. İmsaksız oruc tutmaq orqanizmi zəiflədə bilər və immun sisteminə mənfi təsir göstərə bilər.

İftar süfrəsində düzgün seçimlər

İftara 1-2 stəkan su və xurma ilə başlamaq qan şəkərinin balanslı yüksəlməsinə kömək edir. Şorba, qatıq və salat həzmi asanlaşdırır. Yeməklər arasında fasilə vermək həddindən artıq qidalanmanın qarşısını alır. Ət və tərəvəz yeməklərinin bir-birini əvəz etməsi qida balansını təmin edir.

Tahin – Ramazanda güclü qida

Tahin yüksək protein və kalsium mənbəyi olmaqla yanaşı, immuniteti gücləndirir, yorğunluğu azaldır və uzun müddət tox qalmağa kömək edir. A və E vitaminləri ilə zəngin olduğu üçün hüceyrələri yeniləyir və qocalmanı gecikdirir. İmsak və iftarda tahinli qidalardan istifadə etmək faydalıdır.

Ramazanda sağlam qalmaq üçün düzgün və balanslı qidalanma vacibdir. İmsak və iftarda mütəxəssislərin tövsiyələrinə əməl edərək immunitetinizi gücləndirə və gün boyu enerjili qala bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az