Xəbərlər
Qurbağa zəhərini bədəninə sürtüb öldü -
Xəbərlər
377

Qurbağa zəhərini bədəninə sürtüb öldü - Dini ritual imiş

Meksikalı aktrisa mənəvi istirahət zamanı qurbağa zəhəri qəbul etdikdən sonra dünyasını dəyişib.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, Marcela Alcazar Rodrigez təmizləyici ritualın bir hissəsi olaraq Amazon ağac qurbağası “Phyllomedusa bicolor” dərisindən əldə edilən mumlu bir maddə olan kambodan istifadə edərək həyatını itirib.  Meksikalıların dini ritual kimi mənəvi təmizliyə çatmaq üçün dərilərinə sürtdükləri bu maddədən istifadə etdikdən sonra 33 yaşlı qadında qusma və şiddətli ishal başlayıb.

Marsela təcili olaraq müalicə olunmaq üçün tibb müəssisəsinə çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Meksikanın Duranqo ştatının Baş Prokurorluğu araşdırmaya başlayıb. Polis ayinə rəhbərlik edən şamanı axtarır.

Meksika Psixoloqlar Kollecinin prezidenti Luis Manuel Naranjo deyib ki, ishal və qusma “şəfaverici” ritualın bir hissəsi hesab olunur. Bu maddənin tərkibində zəhər olduğu üçün ölüm də daxil olmaqla ciddi mənfi təsirlərə səbəb ola bilər.

lent.az

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun