Yandex watch
Qulunc problemi keçmişdə qalacaq, bel ağrılarına son qoyacaq:

Gündəlik həyatın sürətli ritmi, hərəkətsizlik və düzgün olmayan duruş vərdişləri beldə və çiyinlərdə ağrılara səbəb ola bilər. Bu narahatlıqlar, xüsusilə oturaq həyat tərzi keçirən insanlarda daha çox müşahidə edilir. Xoşbəxtlikdən, ev şəraitində tətbiq edilə biləcək təbii üsullarla bel ağrılarından xilas olmaq mümkündür.

Emlakbazari.az

E-saglam.az xarici mediaya istinadən həmin üsulları təqdim edir:

Əzələ sərtliyi çiyin və bel nahiyəsindəki əzələlərin həddindən artıq yorğunluğu və gərginliyi ilə yaranır. Hərəkətsizlik, stress və düzgün olmayan oturma mövqeləri bu problemin əsas səbəblərindəndir. Aşağıdakı üsullar əzələlərinizdəki sərtliyi azaltmağa və ağrılardan xilas olmağa kömək edə bilər:

İsti tətbiq

Belinizə isti dəsmal və ya isti su torbası qoyaraq qan dövranını artıra və əzələləri rahatlaşdıra bilərsiniz. Gündə 15-20 dəqiqə istilik tətbiqi gərgin əzələləri yumşaldır və ağrını azaldır.

Daimi masaj

Yumşaq təzyiqlərlə çanaq və bel bölgəsinə tətbiq olunan masaj əzələ düyünlərini aradan qaldıra bilər. Masaj topundan istifadə bu bölgələrdə daha təsirli nəticələr verir.

Uzanan hərəkətlər

Sadə dartınma hərəkətləri arxa və çiyin əzələlərini rahatlaşdırır. Qollarınızı yuxarı uzatmaq, çiyinlərinizi geri çəkmək və gündəlik sadə məşqlər əzələlərin elastikliyini artırmağa kömək edir.

Stressi azaldın

Stress əzələ gərginliyinin əsas səbəblərindəndir. Meditasiya, dərin nəfəs məşqləri və ya sakit bir mühitdə bir neçə dəqiqə istirahət edərək həm zehni, həm də fiziki rahatlıq əldə edə bilərsiniz.

Təbii üsullarla ağrını azaldın

Alma sirkəsi ilə isladılmış dəsmalı ağrılı bölgəyə qoymaq təbii antiinflamatuar təsir göstərərək əzələ gərginliyini azaldır. Zəncəfil yağı ilə masaj etmək də əzələ ağrılarını aradan qaldırmaq üçün effektiv üsuldur.

Epsom duz hamamı

Bir çəllək isti suya 1-2 stəkan epsom duzu əlavə edib 20 dəqiqə suyun içində qalın. Bu üsul əzələləri rahatlaşdırır və ağrıları yüngülləşdirir.

Daimi qayğı və düzgün yanaşma ilə bel ağrılarınızı keçmişdə qoya bilərsiniz. Hərəkətliliyi artırmaq və bu təbii üsulları gündəlik həyatınıza daxil etmək uzunmüddətli rahatlıq üçün mühüm addımdır. 

Tərcümə: Könül Oruc

E-saglam.az