Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən

Dağlarda əldə edilən təbii kristal zəy bir çox faydalı müalicəvi xüsusiyyətlərlə zəngindir.

E-saglam.az zəyin bəzi faydalarını və tərləməyə qarşı istifadə qaydalarını təqdim edir:

Zəy iltihabəleyhinə təsir edir, mikrobları öldürür, qanaxmanı saxlayır, qurudur, tərləmə, qaşınma ilə çox yaxşı mübarizə aparır.

Zəy tər və piy vəzilərinin aktivliyini azaldır və bu səbəbdən təbii antiperspirant kimi istifadə olunur. Belə təbii antiperspirant hazırlamaq üçün kristal sadəcə emal olunur. Zəydən olan antiperspirant əksər hallarda allergiyaya səbəb olmur, dərini qıcıqlandırmır, tər axarların qapanmasına səbəb olmur. /saglamolun.az

E-saglam.az