Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır:
Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır:

Yaz mövsümünün ən dadlı meyvələrindən biri də gilasdır.

Gilas dadlı və sevilən meyvə olmaqla yanaşı, həm də sağlamlıq üçün olduqca faydalıdır. Belə ki, bu möcüzəli meyvə antioksidantlar, vitaminlər, minerallar və liflərlə zəngindir. İmmun sisteminin gücləndirilməsində və ürək sağlamlığında əvəzsiz rolu var.

Gilas güclü antioksidant hesab olunan antosianinlər və kversitinlə zəngindir. Bu maddələr isə bədənimizdə sərbəst radikallarla mübarizə apararaq hüceyrə zədələnməsinin qarşısını alır.

Antioksidantlar həm də yaşlanma prosesini yavaşladır və xroniki xəstəliklərin riskini azaldır.

Gilas, xüsusilə ürək-damar xəstəlikləri və xərçəng kimi ciddi xəstəliklərin qarşısını almaqda əhəmiyyətli rol oynayır.

Gilas təbii melatonin mənbəyidir. Melatonin bədənimizin yuxu-oyanma dövranını tənzimləyən hormondur və normal yuxu üçün vacibdir.

Mütəxəssislərin fikrincə, hər gecə yatmazdan əvvəl bir ovuc gilas yemək rahat və dərin yuxuya getməyə kömək edə bilər.

Gilas bədənimizdəki iltihabın azalmasına kömək edir. Xüsusilə, artrit və podaqra kimi iltihabi xəstəliklərdən əziyyət çəkən insanlar üçün olduqca faydalıdır. Gilasın tərkibindəki antosianinlər iltihab göstəricilərini azaldır. Bu da ağrıların yüngülləşməsinə səbəb olur.

Gilas yemək pis xolesterin səviyyəsini azaldır, qan təzyiqini tənzimləyir, onun kalium və liflə zəngin olması isə ürək-damar sisteminin sağlamlığı üçün yaxşıdır.

Gilasın qida dəyəri yüksək olsa da, kalorisi azdır. Tərkibində çoxlu miqdarda C vitamini var. Mütəxəssislərin fikrinə görə, bu meyvənin cəmi 100 qramı orqanizmin gündəlik C vitamini ehtiyacının 20 faizini ödəyə bilir.

Rənginə gəldikdə ilə onlar bir-birindən həm dadı, həm də tərkibindəki şəkər və orqanik turşuların miqdarına görə seçilir.

Tünd-qırmızı gilasda çox miqdarda antosianin piqmenti, P vitamini, antioksidant təsirli maddələr var. Bir sözlə, gilas nə qədər tünddürsə, bir o qədər faydalıdır. Fransada tünd gilasdan şərab daha qiymətli, faydalı hesab olunur.

Ağ gilasın özəlliyi kimi onun nadir halda allergiya yaratması göstərilir. Gilas nə qədər turşaşirin olsa, o qədər yaxşıdır

Gilas orqanizmdə qaz yaratdığı üçün köpü və qəbizliyi olanlara az yemək, diabet xəstələrinə isə, əsasən, turş növünü seçmək tövsiyə olunur. (Oxu.Az)

E-saglam.az