Sağlamlıq
Qocalmanı tərsinə çevirmək mümkündür:
Sağlamlıq

Qocalmanı tərsinə çevirmək mümkündür: gənc və güclü qalmağın 6 sirri

Qocalma prosesi qaçılmazdır, lakin onu ləngitmək və sağlam yaşlanmaq mümkündür. Sağlam və balanslı qidalanma gənc və enerjili qalmağın əsas şərtlərindən biridir.

E-saglam.az xəbər verir ki, meyvə, tərəvəz, yağsız zülallar və sağlam yağlarla zəngin qidalar hüceyrə sağlamlığını qoruyur. Su istehlakı da orqanizmin düzgün işləməsi üçün vacibdir.

Fiziki aktivlik güc, elastiklik və dözümlülüyü qorumağa kömək edir. Daimi gəzinti, üzgüçülük və güc məşqləri bədənin sağlam qalmasını dəstəkləyir. Yoqa və balans məşqləri düşmələrin qarşısını almağa kömək edir.

Beyni aktiv saxlamaq idrak qabiliyyətinin zəifləməsinin qarşısını alır. Oxumaq, yeni bacarıqlar öyrənmək və tapmaca həll etmək zehni gücləndirir. Stressi idarə etmək də sağlam yaşlanma üçün vacibdir.

Meditasiya, nəfəs məşqləri və pozitiv münasibətlər stress səviyyəsini azaldır. Keyfiyyətli yuxu bədənin bərpası və immunitetin gücləndirilməsi üçün önəmlidir. Hər gecə 7-9 saat yatmaq sağlamlıq üçün vacibdir.

Pozitiv düşüncə uzun və sağlam ömrün açarıdır. Minnətdarlıq və xoşbəxtlik hissi ümumi rifahı artırır. Sosial əlaqələri qorumaq və sevdiklərinizlə vaxt keçirmək yaşlanma prosesini yavaşlada bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun