Yandex watch
Qocalmanı sürətləndirən

Yaşlanma qaçılmazdır, lakin bəzi vərdişlər bu prosesi daha da sürətləndirir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, nevrologiya mütəxəssisi Prof. Dr. Derya Uludüz qocalmanı artıran əsas səbəbləri belə sıralayır:

1. Depressiya
İmmuniteti zəiflədir, iltihabı artırır və dəriyə mənfi təsir göstərir.

2. Emosiyaları boğmaq
Duyğularınızı içinizdə saxlamaq stress hormonlarını artıraraq ürək xəstəliklərinə və piylənməyə səbəb ola bilər.

3. Yalnızlıq
Sosial təcrid depressiya və narahatlıq yaradır. Güclü dostluq əlaqələri uzunömürlülüyü dəstəkləyir.

4. Hərəkətsizlik
Fiziki aktivliyin olmaması əzələləri zəiflədir, sümükləri kövrəkləşdirir və maddələr mübadiləsini ləngidir.

5. Yuxusuzluq
Kifayət qədər yuxu almamaq immuniteti zəiflədir və qocalmanı sürətləndirir.

6. İşdə narazılıq
Stressli iş mühiti həm psixi, həm də fiziki sağlamlığa mənfi təsir göstərir.

7. Həddindən artıq işləmək
Uzun iş saatları bədəni yorur, stressi artırır və qocalmanı sürətləndirir.

8. Mənfi düşüncə
Daimi stress hüceyrə yaşlanmasını sürətləndirir və ömrü qısaldır.

9. Siqaret və alkoqol
Bu vərdişlər hüceyrələrin DNT strukturunu zədələyərək qocalma prosesini tezləşdirir.

10. Yanlış qidalanma
Şəkər, işlənmiş ət və qızardılmış yeməklər qocalmanı sürətləndirir. Aralıq dənizi pəhrizi isə bu prosesi ləngidə bilər.

Sağlam həyat tərzi keçirməklə yaşlanma prosesini yavaşlatmaq mümkündür!

Tərcümə: Könül Oruc

E-saglam.az