Sağlamlıq
Qızdırılan avtomobil oturacaqlarının kişilər üçün təhlükəsi
Sağlamlıq

Qızdırılan avtomobil oturacaqlarının kişilər üçün təhlükəsi aşkar olunub

Rusiyalı uroloq Aleksandr Belopolski sürücülərə və avtomobil sərnişinlərinə bu məsələyə diqqət etmələrini tövsiyə edir.

E-saglam.az Milli.Az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu cür oturacaqlar kişilərdə prostat xəstəliklərinin, xüsusən prostat adenoması və xərçənginin inkişafına səbəb ola bilər. Belopolski qızdırılmış oturacaqların prostata zərərli təsir göstərdiyini və bunun nəticəsində ciddi sağlamlıq problemlərinin yarana biləcəyini bildirir.

Belə oturacaqların daimi istifadəsi prostat vəzində hipertermiyanın yaranmasına gətirib çıxarır, bu da onun qeyri-iradi böyüməsinə səbəb ola bilər. Həkim prostat spesifik antigenin qanda artmasının prostat xərçənginin sürətli inkişafına yol açdığını qeyd edir. Həmçinin, bu vəziyyət prostatitin kəskin residivinə və kişilərdə sonsuzluğa səbəb ola bilər. Bu risklərdən qaçınmaq üçün oturacaq qızdırıldıqdan sonra həmin funksiyanı söndürmək lazımdır.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun