Sağlamlıq
Qısa yuxular beyin funksiyası üçün faydalıdır:
Sağlamlıq

Qısa yuxular beyin funksiyası üçün faydalıdır: Bədəni yenidən işə salır, enerji səviyyəsini artırır...

Gün ərzində qısa bir yuxu sağlamlıq və beyin funksiyası üçün faydalıdır: bu, enerji səviyyələrini artırmağa və konsentrasiyanı yaxşılaşdırmağa kömək edir.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, Moskvanın baş psixiatrı, Alekseyev adına 1 saylı Psixiatriya Klinik Xəstəxanasının baş həkimi Georgi Kostyuk dedi. Onun sözlərini RİA Novosti yayıb .

Kostyukun fikrincə, hətta 15-20 dəqiqəlik yuxu bədəni yenidən işə salmağa kömək edir, enerji səviyyəsini artırır və konsentrasiyanı əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Psixiatr deyir: "Bu üsul gərgin gündən sonra tez sağalmağa kömək edir".

Həmçinin, gücü bərpa etmək üçün psixiatr tənəffüs və istirahət məşqlərini etməyi tövsiyə etdi. Onun fikrincə, musiqi dinləmək, kitab oxumaq, sevdiklərinizlə ünsiyyət qurmaq, fiziki fəaliyyət də sağlamlığınıza fayda verəcək. "Bu üsullar çox vaxt tələb etmir, lakin onların müntəzəm istifadəsi həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər və hətta yüksək stress altında da psixi sağlamlığı qorumağa kömək edə bilər" dedi həkim.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun