Bal və sarımsağın birləşməsi sağlamlığınız üçün çoxsaylı faydalar təqdim edən güclü təbii qarışımdır. Xüsusilə qış aylarında artan soyuqdəymə və infeksiyalara qarşı təsirli bir həll kimi istifadə olunur.
E-saglam.az bal və sarımsaq qarışığının faydalarını təqdim edir:
Qan dövranını yaxşılaşdırır: Sarımsağın tərkibindəki kükürd damarların güclənməsinə kömək edir. Qan dövranını yaxşılaşdıraraq laxtalanmanın qarşısını alır.
Qan təzyiqini tənzimləyir: Hər səhər acqarına bu qarışımdan istifadə qan təzyiqinin təbii şəkildə azalmasına kömək edir.
Pis xolesterolu azaldır: Sarımsağın tərkibindəki allisin, bədəndəki pis xolesterolu (LDL) azaldır və trigliserid səviyyələrini balanslaşdırır.
İltihabları azaldır: Qarışıq artrit, əzələ ağrıları və ödem kimi iltihabi xəstəliklərin simptomlarını yüngülləşdirir.
İmmuniteti gücləndirir: Antibakterial və antifungal təsirləri ilə orqanizmi virus və bakteriyalara qarşı qoruyur.
Öskürəyi sakitləşdirir: Bu qarışıq təbii bəlğəmgətirici kimi işləyir və öskürəyi azaldır.
Qripdən sağalmağı sürətləndirir: Qarışıq bədəndə antikor istehsalını artıraraq soyuqdəymə və qripə qarşı effektiv mübarizə aparır.
Necə hazırlanır?
5-6 diş sarımsağı əzin.
1 stəkan təmiz təbii bal əlavə edin.
Qarışımı bir şüşə qabda saxlayın və 1 həftə ərzində otaq temperaturunda saxlayın.
Necə istifadə edilir?
Hər səhər acqarına 1 xörək qaşığı qəbul edin.
Qarışımı isti su ilə qarışdıraraq çay kimi də istifadə edə bilərsiniz.
Kimlər ehtiyatlı olmalıdır?
- Sarımsaq və ya bal allergiyası olanlar.
- Aşağı qan təzyiqindən əziyyət çəkənlər (doza ilə diqqətli olun).
Bal və sarımsaq qarışığı təbii və güclü sağlamlıq dəstəyi olaraq qış xəstəliklərinə qarşı mükəmməl bir alternativdir. Müntəzəm istifadəsi ilə bədəninizi xəstəliklərə qarşı daha güclü edə bilərsiniz.
Könül Oruc