Xəbərlər
Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması
Xəbərlər
212

Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması Qaydası təsdiq edilib

Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması Qaydası təsdiq edilib.

E-saglam.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu Qayda Qanunun tələbləri nəzərə alınmaqla, aşağıdakılara şamil olunur:

- qida məhsulları, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi
mərhələlərinə;

- qida məhsulları ilə təmasda olan material və məmulatlar, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların
istehsalı və emalı mərhələlərinə;

- yem məhsulları, o cümlədən qida məhsulları əldə edilən və qida məhsulları əldə edilməyən heyvanlar üçün nəzərdə tutulan
yem məhsulları, habelə yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə.
Dövlət nəzarəti tədbirləri Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, bu Qaydaya uyğun olaraq Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. İdxal olunan qida və yem məhsullarına, habelə qida
məhsulları ilə təmasda olan material və məmulatlara dövlət nəzarəti Qanunda nəzərdə tutulmuş qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydasına uyğun olaraq aparılır.

E-saglam.az

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun