Həkim və televiziya aparıcısı Aleksandr Myasnikov müasir qidalanmanın sağlamlığa zərərlərindən danışaraq sovet mətbəxinə qayıtmağı tövsiyə edib.
E-saglam.az xəbər verir ki, o, fikirlərini Telegram kanalında paylaşaraq qeyd edib ki, sovet dövründə artıq çəkili insanların sayı 15 faiz idisə, bu gün Rusiya əhalisinin 44 faizi artıq çəkidədir.
Myasnikov vurğulayıb ki, SSRİ-də 2-ci tip diabetin yayılması indiki ilə müqayisədə on dəfə az idi. Onun sözlərinə görə, bu fərq əsasən müasir dövrdə daha çox istehlak olunan “ultra emal olunmuş qidalar” və hazır yeməklərlə bağlıdır.
Teleaparıcı deyib: "Gəlin o günlərə, heç olmasa öz mətbəxlərimizə qayıdaq, qida sənayesi və hazır yemək çatdırılmaları bizi jele kimi amerikalılara çevirməmişdən əvvəlki günlərə dönək!".
Tərcümə: Könül Oruc