Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qan Donorları Assosiasiyası” ictimai birliyinin nümayəndə heyəti 14-19 sentyabr 2024-cü il tarixində Rumıniyanın paytaxtı Buxarest şəhərində işgüzar səfərdə olub.
Birliyin mətbuat xidmətindən E-saglam.az-a verilən məlumata əsasən səfər müddətində Rumıniyanın milli Qan Donorları Assosiasiyası, Buxarest Mərkəzi Qan Bankı və “Donorium” mobil qeydiyyat qroqmının rəhbərləri ilə görüşlər keçirilib, yaxın gələcəkdə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər. Səfər ərəfəsində birliyin rəhbər heyəti Azərbaycan Respublikasının Rumıniyadaki səfirliyini ziyarət edib və fəaliyyəti ilə yaxından tanış olublar.
Qeyd edək ki, Rumıniyada işgüzar görüşlərdə “Qan Donorları Assosiasiyası” ictimai birliyinin sədri Fuad Əsgərov, birliyin sədr müavini Səbinə İsmayılova iştirak edib.