Faydalı
Qəhvənin yeni faydalı xüsusiyyəti
Faydalı

Qəhvənin yeni faydalı xüsusiyyəti kəşf edildi

Roma Sapienza Universitetinin (İtaliya) alimləri müəyyən ediblər ki, kofein iltihab əleyhinə təsir göstərir və qan damarlarının divarlarını bərpa etməyə kömək edir.

E-saglam.az xəbər verir ki, tədqiqatın nəticələri “Rheumatology” jurnalında dərc olunub.

Tədqiqatda otoimmün xəstəlik - qırmızı qurd eşənəyi (lupus, volçanka) olan 31 yetkin könüllü iştirak edib. Subyektlərdə ürək-damar xəstəlikləri üçün ənənəvi risk faktorları olmayıb. Birinci mərhələdə tədqiqatçılar kofein istehlakına xüsusi diqqət yetirməklə iştirakçıların sağlamlığı və pəhrizləri haqqında məlumat toplayıblar. Daha sonra subyektlər damar funksiyasını qiymətləndirmək üçün tibbi müayinədən keçirdilər.

Nəticələr kofein qəbul edənlərin qan damarlarının sağlamlığının daha yaxşı olduğunu göstərib. Alimlər bu nəticəyə onların daxili qişasını əhatə edən endotel hüceyrələrini tədqiq edərək gəliblər. Tədqiqatçılar izah etdilər ki, qəhvə, çay və kakaoda olan kofein qan damarlarının divarlarını təmir etməyə kömək edən və onların böyüməsində iştirak edən endotel progenitor hüceyrələrinin inkişafına fəal kömək edir.

Tədqiqat müəllifləri kofeinin immun hüceyrələrin səthində xüsusi reseptorlara bağlanaraq anti-iltihab təsirə malik olduğunu vurğulayıb. Bu xüsusiyyət ürək-damar xəstəliklərinin inkişaf riskini daha da azaldır.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun