Yandex watch
Qəhvəni daha sağlam etmək üçün

Diyetoloq və qastroenteroloq Nuria Dianova hesab edir ki, orta miqdarda qəhvə zərərli deyil, lakin ona əlavələrin bolluğu sağlamlıq problemlərinin yaranmasına səbəb olur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, o, gazeta.ru ilə söhbətində qəhvədən maksimum fayda əldə etməyin yolunu təklif edib.

Həkim qeyd etdi ki, qara qəhvəni süd və ya şəkər əlavə etmədən içmək daha yaxşıdır, lakin kofe içkiləri də pəhrizdə kifayət qədər məqbuldur. Diananovanın sözlərinə görə, onları asanlıqla sağlamlaşdırmaq olar. Bunun üçün o, şəkər əvəzinə şəkər əvəzedicilərindən, inək südü əvəzinə isə bitki mənşəli analoqlardan istifadə etməyi məsləhət görüb.

Qastroenteroloq qeyd edib ki, qəhvə çox vaxt desert və şirniyyatlarla — xüsusilə də şəkər, doymuş və trans yağlarla zəngin olan qidalarla birgə qəbul edilir. Belə bir qəlyanaltı həm gündəlik qida rasionunun kalori yükünü artırır, həm də qan şəkərinin səviyyəsində kəskin dəyişikliklərə səbəb ola bilər. Həkimin sözlərinə görə, bu vərdiş zamanla sağlamlıq üçün zərərli nəticələrə gətirib çıxara bilər.

Onun tövsiyəsinə görə, qəhvənin yanında daha faydalı alternativlər seçmək lazımdır. Məsələn, tərkibində zülal olan azşirin konfetlər, təbii qoz-fındıqlı pastillər və ya qurudulmuş meyvələr qəhvəyə həm dadlı, həm də sağlam müşayiət ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az