Yandex watch
Qəhvə ürəyə zərər verir, yoxsa qoruyur? –

Qəhvə sevərləri üçün yaxşı xəbər var. Avstraliya alimləri tərəfindən aparılan genişmiqyaslı bir araşdırmaya əsasən, gündə 2-3 fincan qəhvə içmək ürək-damar sağlamlığı üçün faydalı ola bilər. Tədqiqat nəticələrinə görə, müntəzəm qəhvə istehlakı infarkt və aritmiya riskini azaldır, həmçinin ümumi ölüm riskini aşağı salır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Melburn Kral Xəstəxanasının kardioloqu Prof. Peter Kistler deyir: “Əvvəllər qəhvənin ürəyə mənfi təsir etdiyinə dair düşüncələr var idi, lakin yeni sübutlar göstərir ki, qəhvə əslində ürək fəaliyyətini dəstəkləyir – xüsusilə də filtr və ya üyüdülmüş qəhvə variantları.”

Araşdırmada iştirak edən 450 mindən çox insanın sağlamlıq məlumatları təhlil edilib və 10 il ərzində izlənilib. Məlum olub ki, qəhvə istehlak edənlərdə infarkt və insult halları, eləcə də ürək ritm pozğunluqları daha az müşahidə olunub.

Qeyd olunur ki, bu təsirlər yalnız şəkərsiz və südsüz qəhvə üçün keçərlidir. Qəhvəyə əlavə olunan şəkər, qaymaq və digər dadlandırıcılar əks təsir göstərə bilər.

Mütəxəssislər qəhvənin antioksidantlarla zəngin olduğunu, maddələr mübadiləsini sürətləndirdiyini və beyin funksiyalarını gücləndirdiyini də vurğulayır.

Tərcümə: Könül Oruc

E-saglam.az