Faydalı
Qəhvə içəndə bədəndə nə baş verir? -
Faydalı
154

Qəhvə içəndə bədəndə nə baş verir? - Mütəxəssis elə şeylər danışdı ki...

Qəhvə təkcə oyanıqlıq hissi yaratmaqla qalmır, həm də bədəndə bir sıra faydalı prosesləri stimullaşdırır. Araşdırmalar göstərir ki, müntəzəm və ölçülü şəkildə qəhvə içmək sağlam yaşlanma prosesinə dəstək ola bilər.

E-saglam.az xəbər verir ki, qəhvədəki əsas aktiv maddə kofeindir. O, beyin fəaliyyətini stimullaşdırır, diqqəti və enerjini artırır. Eyni zamanda, metabolizmi sürətləndirir, yağların parçalanmasını asanlaşdırır və fiziki dözümlülüyü artırır.

Uzunmüddətli müşahidələr göstərib ki, qəhvə içən insanlarda:

- xroniki xəstəliklərə (məsələn, şəkər, ürək-damar problemləri) daha az rast gəlinir,

- psixi sağlamlıq və yaddaş daha yaxşı qorunur,

- fiziki məhdudiyyətlər və erkən qocalma əlamətləri gecikə bilər.

Lakin qeyd etmək lazımdır ki, qəhvəyə əlavə edilən şəkər, şirinləşdiricilər və krem bu faydaları azalda bilər.

Mütəxəssislər gündə 1–2 fincan qara qəhvənin sağlamlığa zərər vermədən faydalı ola biləcəyini bildirirlər. Amma hər bədən fərqlidir – qəhvə qəbulunu şəxsi sağlamlıq vəziyyətinə uyğunlaşdırmaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun