Qidalanma
Qaynadılmış yumurtalarda gizli təhlükə:
Qidalanma
13

Qaynadılmış yumurtalarda gizli təhlükə: zəhərləyə bilər

Qaynadılmış yumurta gündəlik qidalanmada yayğın olsa da, düzgün saxlanılmadıqda sağlamlıq üçün ciddi risk yarada bilər.

E-saglam.az xəbər verir ki, təzə olduğunu düşünərək uzun müddət kənarda saxlanılan yumurtalar, təhlükəli bakteriyaların çoxalması üçün münbit mühit ola bilər.

Soyuducuda 5–7 gün saxlanabilən qaynadılmış yumurtaların qabığı qoruyucu baryer rolunu oynayır. Qabığı soyulmuş yumurtalar isə yalnız 1–2 gün ərzində istehlak edilməlidir. Yumurtaları soyuducunun ən soyuq hissəsində, 0–4°C temperaturda, hava keçirməyən qabda saxlamaq, həm dad və teksturanı qoruyur, həm də bakteriyaların inkişafını azaldır.

Yumurtanın xarab olduğunu müəyyən etmək üçün yaşıl, qara və ya ağ kif ləkələri, selikli təbəqə və ya dəyişmiş qoxuya diqqət yetirmək lazımdır. Ağı kəskin hidrogen sulfid qoxusu verirsə, sarısı quruyursa, bu, yumurtanın istifadəyə yararsız olduğuna işarədir.

Belə yumurtaların istehlakı Salmonella kimi təhlükəli bakteriyalar səbəbindən qida zəhərlənməsinə gətirib çıxara bilər. Ürəkbulanma, qusma, ishal, qarın ağrısı və qızdırma simptomları yaranarsa, xüsusən uşaqlar və yaşlılar üçün ciddi risk yaranır. Buna görə də yumurtaların saxlanma müddətinə və şəraitinə diqqət yetirmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun