Xəbərlər
Qaxda bir sinfin bütün şagirdləri universitetə
Xəbərlər
533

Qaxda bir sinfin bütün şagirdləri universitetə qəbul oldular

Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin 11a sinif şagirdləri rayon üzrə rekord nəticə göstəriblər.

E-saglam.az xəbər verir ki, bu barədə məktəbin "Facebook" sosial şəbəkə hesabında paylaşım edilib.

Belə ki, ali məktəblərə qəbul üçün sənəd verən 19 nəfərdən hər biri müvafiq universitetlərə qəbul olaraq 100 faiz nəticə göstərib.

Qeyd edək ki, dünən ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb.

Müsabiqəsində 82 883 nəfər iştirak edib. Onlardan 55 656 nəfəri (o cümlədən 7 287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 117 (o cümlədən 1 579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 539 (o cümlədən 5 708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun