Qaş tökülməsinin səbəbləri və müalicəsi
Qaş tökülməsinin səbəbləri və müalicəsi

Qaş tökülməsi həm psixoloji, həm də kosmetik olaraq hər kəsi narahat edən sağlamlıq problemidir. Bəs qaşların tökülməsinə səbəb nədir?

E-saglam.az xəbər verir ki, qaş tökülməsinin əsas səbəbləri bunlardır:

- Dəri xəstəlikləri

- Yoluxucu xəstəliklər

- Dərmanların yan təsirləri

- Hormon balanssızlığı (guatr, hipotiroidizm)

- Əsas elementlər və vitamin çatışmazlığı

- Şəxsi özünə qulluq çatışmazlıqları

- İmmunitet sistemində zəiflik

- Qaşların alınması və ya tətbiqi zamanı səhv prosedurlar

- Psixoloji stress

Qaş tökülməsinə hansı müalicə üsulu tətbiq edilməlidir?

Qaş tökülməsinə hansı müalicə üsulunun tətbiq edilməli olduğu soruşulduqda ilk ağıla təbii müalicə üsulları gəlir. Qaşlarınızda zəiflik və itki hiss edirsinizsə, itkidən əvvəl sağalma effektini görmək üçün müalicə edin. Bunun üçün istifadə edilməli bir çox təbii üsullar var. Təbii üsulları tətbiq etməklə siz birbaşa qaşlarınızı daha güclü və dolğun edə bilərsiniz.

Qaş tökülməsinə qarşı təbii həllər

Badam yağı: Ağıla ilk gələn həmişə badam yağıdır. Qaş köklərinin yaxşılaşmasına böyük kömək edir. Sizə lazım olan tək şey onu mütəmadi olaraq tətbiq etməkdir. Bunun üçün birbaşa tətbiq edərək qaşlarınızı sağalda bilərsiniz.

Zeytun yağı: Saç köklərinin güclənməsinə əhəmiyyətli təsir göstərən digər təbii həll yolu isə zeytun yağının tətbiqidir. Tərkibindəki təbii vitaminlər sayəsində qaşlarınızın qısa müddətdə sağalması mümkündür. Bunu nəzərə alaraq qaşlarınızı daha qalın və canlı göstərə bilərsiniz.

Təbii həll təklifləri arasında olan bu tətbiqlərdən birini tətbiq edəcəksinizsə, əhəmiyyətli olan nizamlı şəkildə tətbiq olunmasıdır. Hər gün mütəmadi olaraq tətbiq etməklə qaş köklərinizi gücləndirə bilərsiniz.

Seyrək Qaşlar üçün Kosmetik Təkliflər

Seyrək qaşlar bu gün ən çox rast gəlinən və ən çox axtarılan kosmetik problemlərdən biridir. Bəs, seyrək qaşlar üçün kosmetik tövsiyələr hansılardır, seyrək qaşlar zamanı nə etmək lazımdır?

- Qaş makiyajı

- Cımbız (makkaş), mumlama və yiv çəkmə kimi tətbiqlərdən qaçınmaq lazımdır.

- Kimyəvi maddələrin istifadəsi mümkün qədər azaldılmalıdır

- Qaş fırçası ilə qaşlarınızı yumşaq bir şəkildə daraya bilərsiniz.

- Yüngül qaş makiyajı tətbiq etməklə qaşlarınızı daha dolğun göstərə bilərsiniz, bu şərtlə ki, həddi aşmayın və dermatoloji cəhətdən sınaqdan keçmiş məhsullardan istifadə edin.

Qaş tökülməsinə qəti həll yolu

Qaşlarınızın tökülməsinin qarşısını almaq üçün qəti həll yolu qaş transplantasiyasıdır. Qaş transplantasiyası ilə qaşlar birbaşa kökündən böyüyür. Bu üsul ümumiyyətlə xərçəng və ya buna bənzər səbəblərdən qaşlarını itirmiş insanlara tətbiq edilir, ilk növbədə tövsiyə olunmasa da, son çarədir. Bunu nəzərə alsanız, qaş problemi ancaq bu şəkildə qalıcı şəkildə həll edilə bilər. Qaş transplantasiyasından sonra qaşlarınızın qısa müddət ərzində istədiyiniz görünüşü əldə edə bilərsiniz. Qaş tökülməsinin qəti həlli olaraq qaş transplantasiyası və digər lazer üsulları tövsiyə olunur.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az