Qidalanma
Qarında köp olduqda, imtina edilməli olan
Qidalanma
341

Qarında köp olduqda, imtina edilməli olan qidalar açıqlandı

Orqanizmdə köp kimi narahatedici həzm problemlərindən xilas olmaq üçün bəzi gündəlik qidaları rasiondan çıxarmaq kifayətdir. Belə vəziyyətə əsas səbəb - karbohidratların, xüsusilə də qlükoza, fruktoza və saxarozanın həddindən artıq fermentasiyasıdır.

E-saglam.az-ın "El Espanol"a istinadla verdiyi məlumata görə, bu barədə ispan endokrinoloq Fransisko Rosero xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu şəkər tərkibli maddələr düzgün həzm olunmadıqda, yoğun bağırsağa qədər gəlib çatır və burada bakteriyalar üçün qida mənbəyinə çevrilir.

"Nəticədə, köp kimi simptomlar yaranır. Bu prosesə xüsusilə həssas həzm sistemi olan insanlar, o cümlədən qıcıqlanmış bağırsaq sindromundan (QBS) əziyyət çəkənlər meyillidir", - deyə o xəbərdarlıq edib.

Həkim xüsusilə çörək və un məmulatlarının tərkibində tez fermentləşən karbohidratların olduğunu vurğulayıb.

"Onlar da qaz yaranmasının əsas səbəblərindən biridir. Bundan əlavə, təkcə şirniyyatlarda deyil, sənaye çörəklərində, içkilərdə və hətta "sağlam" hesab edilən məhsullarda - məsələn, müsli kimi qidalarda da əlavə şəkər mövcuddur və bu da vəziyyəti ağırlaşdıra bilər", - deyə mütəxəssis xəbərdarlıq edib.

Rosero fruktoza mənimsənilməsindəki pozuntulara da diqqət çəkib.

"Araşdırmalara əsasən, bu hal dünya əhalisinin üçdə birində müşahidə oluna bilər. Bu zaman bağırsaqda hidrogen yığılır və nəfəs testləri ilə müəyyən olunur".

Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, laktoza dözümsüzlüyü olan insanlar da diqqətli olmalıdır.

"Bu zaman orqanizm süd şəkərini parçalaya bilmir, nəticədə, fermentasiya baş verir və köp yaranır. Buna görə də, belə hallarda inək südündən imtina etmək tövsiyə lunur", - deyə ekspert sözlərini yekunlaşdırıb.

(Oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun