Faydalı
Qarın yağını azaltmağa
Faydalı

Qarın yağını azaltmağa kömək edən məhsullar

Çia toxumları, spirulina (mavi-yaşıl yosunlar) və kimçi (ədviyyatlı Koreya kələm qəlyanaltısı) bədən kütləsi indeksinizi azaltmağa, iştahı idarə etməyi yaxşılaşdırmağa və qarnınızı azaltmağa kömək edə bilər.

E-saglam.az xəbər verir ki, bunu “Nutrition Research” jurnalında dərc olunan araşdırma göstərib.

Alimlərin fikrincə, spirulina zülal, vitamin, mineral və antioksidantlarla zəngindir. Balanslaşdırılmış pəhrizin bu komponentləri iştahı azaltmağa və artıq çəkidən qurtulmağa kömək edir. Tərkibində lif, omeqa-3 yağ turşuları və faydalı mikroelementlər olan çia toxumlarının da pəhrizə daxil edilməsi tövsiyə olunur. Tədqiqatçıların tapıntılarına görə, məhsulda mövcud olan yağ turşuları maddələr mübadiləsini sürətləndirmək üçün işləyir, xüsusilə qarın bölgəsində yağ yandırılmasını təşviq edir.

Arıqlamaq prosesini asanlaşdıran üçüncü məhsul Koreya kələm qəlyanaltısı kimçidir. Fermentasiya edilmiş tərəvəzlərdə çoxlu A, B, C vitaminləri və probiyotiklər var. Bağırsaq sağlamlığının qorunmasında əsas rol oynayırlar. Bu orqan düzgün işlədiyi zaman insanda ödəm yaşanmır, bu da qarnın incə qalmasına kömək edir. (yeniavaz.com)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun