Yandex watch
Qaraciyərin

Qaraciyər həyat tərzi və qidalanma vərdişlərini tənzimləyərək özünü yeniləyə bilən bir orqandır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Diyetoloq Meltem Boz qaraciyərə uyğun qidalanma təkliflərini sıralayıb. 

- Daimi və kifayət qədər su istehlak edin.

- Aralıq dənizi pəhrizini yeyin.

- İşlənmiş və təmizlənmiş qidalardan çəkinin.

- Gündə ən az 5 porsiya tərəvəz və meyvə istehlak etməyinizə əmin olun.

- Çiy qoz, zeytun yağı, avokado, badam, fındıq və hindistan qozu yağı kimi bitki yağı mənbələrini müntəzəm olaraq istehlak edin.

- Yağlı toxumları (fındıq) qovrulmuş və duzsuz istehlak edin.

- Bütün heyvan və doymuş yağlardan çəkinin.

- Bütün sakatat və delikates məhsulları, kolbasa, hisə verilmiş hinduşka, salam və s. çəkinin.

- Qırmızı ət, ağ ət və ya balıq məhsulları əsla qızardılmamalı, qabığı və yağlı hissələri istehlak edilməməlidir.

- Qatıq, ayran, pendir və kefir kimi süd məhsullarına yarı yağlı və qaymaqsız üstünlük verilməlidir.

- Laxtalanmış krem, qaymaq, ketçup, mayonez, tomat pastası, tahin və küncüt kimi məhsullardan uzaq durmaq lazımdır.

- Qaraciyəri zərərsizləşdirmək üçün çox rəngli bir pəhriz istehlak edilməlidir. Karbohidratlar və sadə şəkərlərdən qaçınmaq lazımdır.

- Tərkibində şərbət, krem, tatlandırıcılar, şəkər və turşu olan bütün içkilərdən çəkinmək lazımdır.

- Alkoqol istehlakından çəkinmək lazımdır.

Tərcümə: Könül Oruc 

E-saglam.az