Qidalanma
Qarabaşaq və göbələyi birlikdə yemək
Qidalanma
86

Qarabaşaq və göbələyi birlikdə yemək risklidir

Diyetoloq qarabaşaq yarmasını göbələklə yeməyin bəzi insanlar üçün riskli ola biləcəyini açıqlayıb.

E-saglam.az xəbər verir ki, bu yemək sağlam və doyurucu hesab edilsə də, həzm sistemi zəif olanlarda narahatlıq yarada bilər.

Mütəxəssisin sözlərinə görə, əsas problem göbələklərlə bağlıdır. Onların tərkibində çətin həzm olunan zülal və demək olar ki, parçalanmayan xitin var. Bu səbəbdən kifayət qədər yaxşı bişirilmədikdə və ya yaxşı çeynənmədikdə, fayda vermədən həzm sistemindən keçə bilər.

Eyni zamanda xitin müəyyən qədər faydalıdır. O, sorbent kimi toksinləri və artıq maddələri bağlayaraq bədəndən çıxarır. Lakin bu proses bağırsaqlara əlavə yük yaradır.

Qarabaşaq yarması da liflə zəngindir. Bu iki məhsul birlikdə qəbul edildikdə, xüsusilə bağırsaq problemləri olan insanlarda fermentasiya, köp və ağırlıq hissi yarana bilər.

Sağlam insanlarda bu yemək adətən problem yaratmır. Ancaq mədəaltı vəzi və ya bağırsaq xəstəlikləri olanlara göbələyi ya məhdudlaşdırmaq, ya da tam çıxarmaq tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun