Qarabağ Universitetinin tabeliyində Qarabağ Universitetinin Klinikasının Tədris və Klinika binaları mebel-inventar, avadanlıq və laboratoriyalarla təchiz ediləcək.
E-saglam.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi bununla bağlı alqı-satqı müqaviləsi bağlayıb.
Belə ki, nazirlik mebel-inventar, avadanlıq və laboratoriyaların satın alınması ilə bağlı "S.H. İnşaat Xidməti" şirkəti ilə razılaşıb. Müqaviləyə əsasən, Qarabağ Universitetinin Klinikasının Tədris və Klinika binalarının mebel-inventar, avadanlıqlar və laboratoriyalarla təchizatı 9 milyon manata başa gələcək.
Xatırladaq ki, Qarabağ Universitetinin Klinikası publik hüquqi şəxsi bu ilin fevralında yaradılıb. Mart ayında isə elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Samir Namiq oğlu Babayev Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub. Klinika Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edən, tibb sahəsində elmi tədqiqatlar aparan, regionda əhalinin sağlamlığının qorunmasında iştirak edən publik hüquqi şəxsdir.
İqtisadiyyat.az