Yandex watch
"Qara qızıl" kimi tanınır:

Qara bibər, tərkibindəki piperin maddəsi ilə bağırsaqları və mədəni təmizləyir, bədəni detoksifikasiya edir və sağlamlığı dəstəkləyir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, qış aylarında xüsusilə tövsiyə olunan bu ədviyyat immuniteti gücləndirir və xərçəng riskini azaldır.

Bağırsaq və həzm sağlamlığı

Qara bibər bağırsaq florasını yaxşılaşdırır və həzm sistemini dəstəkləyir. Qəbizliyin qarşısını alır, qaz və şişkinliyi azaldır, həzmi asanlaşdırır.

Arıqlama və maddələr mübadiləsi

Tərkibindəki piperin yeni piy hüceyrələrinin yaranmasını maneə törədərək arıqlamağa kömək edir. Maddələr mübadiləsini sürətləndirərək qışda çəkini qorumağa kömək edir.

Xərçəng və iltihab əleyhinə təsiri

Qara bibər yüksək antioksidan tərkibi ilə xərçəng riskini azaldır. Tərkibindəki kapsaisin iltihab əleyhinə xüsusiyyətlərə malikdir və oynaq ağrılarını aradan qaldıra bilər.

İmmuniteti gücləndirir

C vitamini və antimikrobiyal xüsusiyyətləri ilə infeksiyalara qarşı mübarizədə effektivdir. Qışda sağlamlığı qorumaq üçün mükəmməl seçimdir.

Tünd şokolad ilə uyğunluğu

Qara bibər tünd şokoladla birləşdirildikdə ürək-damar sağlamlığını dəstəkləyir və pis xolesterolu azaldır. Bu kombinasiyadan həm dadlı, həm də faydalı bir qəlyanaltı kimi istifadə edə bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az