Qan təzyiqini aşağı salmaq üçün
Qan təzyiqini aşağı salmaq üçün

Qan təzyiqini aşağı salmaq üçün super qida...

Kətan toxumu qan təzyiqini aşağı salmağa və dərinin keyfiyyətini yaxşılaşdırmağa kömək edir.

E-saglam.az xəbər verir ki, bu barədə diyetoloq Maykl Mosli danışıb.

Mosli kətan toxumlarını unikal məhsul adlandırıb, çünki onların tərkibində ürək üçün faydalı olan üç qiymətli maddə var: alfa-linolenik turşu, lif və lignanlar. O, alfa-linolenik turşunun iltihab əleyhinə olduğunu, lignanların da iltihabla mübarizə aparan bir antioksidan olduğunu və lifin xolesterini aşağı salaraq ürəyi qoruduğunu və qan şəkərini idarə etməyə kömək etdiyini izah edib. 

Diyetoloqun sözlərinə görə, araşdırmalar sübut edib ki, kətan toxumu təzyiqi aşağı salmaq üçün faydalıdır. Bundan əlavə, onlar dərinin keyfiyyətini yaxşılaşdırmağa kömək edirlər: "Bu, toxumların tərkibindəki yağ turşuları və antioksidantlarla bağlı ola bilər. Onları doğrasanız, daha yaxşı işləyəcəklər".

Tərcümə etdi: Könül Oruc

E-saglam.az