Tibbi xəbərlər
Qan damarlarını qorumaq üçün gözlənilməz
Tibbi xəbərlər
209

Qan damarlarını qorumaq üçün gözlənilməz bir məhsul açıqlanıb

Gündəlik menyunuzdakı sadə bir məhsul ürəyinizin və qan damarlarınızın sağlamlığına töhfə verəcək. 

E-saglam.az xəbər verir ki, bunu diyetoloq Olqa Yablokova deyib. O, adi sarımsağı belə əlverişli "super qida"adlandırıb.

"Sarımsaq təkcə dadı və ətri ilə dəyərli deyil. O, ürək-damar xəstəliklərinin qarşısını almaq və qan damarlarının keyfiyyətini və sağlamlığını yaxşılaşdırmaq üçün istifadə olunur", - deyə ekspert izah edib.

Sarımsağın faydaları onun unikal tərkibindən qaynaqlanır. Məşhur allisindən əlavə, tərkibində sarımsağın fermentasiyası və yaşlanması zamanı əmələ gələn sabit və asanlıqla sorulan S-allilsistein (SAC) maddəsi var. Bir neçə tədqiqat bu birləşməni açıq antioksidant təsirə malik əsas komponent kimi müəyyən etmişdir.

Diyetoloq qeyd edir ki, sarımsaq birləşmələri oksidləşdirici stresslə mübarizə aparır, iltihabı azaldır, lipid profillərini yaxşılaşdırır və damar tonusunu artırır. Allisin və S-allilsisteinin birgə təsiri sağlam damar divarlarını qoruyur, qan laxtalanması, ateroskleroz və nəticədə infarkt və insult riskini azaldır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun