Tanışlıq saytının analitikləri xidmət istifadəçilərinin üstünlüklərini öyrənərək, hansı kişilərin qadınlar üçün daha çox cəlbedici olması ilə bağlı qənaətə gəliblər.
E-saglam.az xəbər verir ki, məlum oldu ki, xanımlar ən çox keçəl centlmenlə görüşməyi seçirlər. Əksər qızlar üçün rəngindən asılı olmayaraq, saçsız olmaq qalın saçlı olmaqdan daha üstündür.
Bundan əlavə, ən cəlbedici kişi xüsusiyyətləri siyahısına iti yanaq sümükləri, yaşıl gözlər, sinə tükləri, döymələr və pirsinqlər daxildir. Qadınlar üçün kişi bədən quruluşunun nə qədər atletik olması da az əhəmiyyət kəsb etmir.
Tərcümə: Könül Oruc