Yandex watch
Qadın sağlamlığında 6 mühüm məqam -

Dos. Dr. Faruk Abike qadınların sağlamlığı üçün laqeyd edilməməsi lazım olan tədbirləri açıqlayıb və mühüm xəbərdarlıqlar edib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, qadın sağlamlığında diqqət yetirilməli 6 önəmli tədbir aşağıdakılardır.

1. Osteoporoza qarşı erkən tədbirlər

Menopozdan əvvəl müntəzəm idmanla məşğul olun, hər gün 30 dəqiqə gəzintiyə çıxın, spirt və siqaretdən uzaq durun. Siqaret sümük əriməsini sürətləndirir.

2. İdeal çəkiyə diqqət

Artıq çəki uşaqlıq xərçəngi riskini artırır, arıqlamaq üçün sağlam üsullardan istifadə edin. Çox arıq olmaq da sümük qırıqlarına səbəb ola bilər.

3. Ailəvi risk faktorlarını nəzərə alın

Xərçəng və digər xəstəliklərə genetik meyilləriniz varsa, erkən skrininqlərə başlayın və müntəzəm olaraq müayinələrdən keçin.

4. Sağlam qidalanın

Tərəvəz, meyvə, paxlalılar və balıqla zəngin qidalanın. Həddindən artıq qazlı və kofeinli içkilərdən uzaq durun.

5. Təsadüfi vitamin əlavələrindən çəkinin

Həkim məsləhəti olmadan multivitaminlərdən istifadə etməyin.

6. Nizamlı müayinələrə laqeyd yanaşmayın

Müntəzəm müayinələr və testlər xəstəliklərin erkən aşkarlanmasında mühüm rol oynayır.

Sadə, lakin müntəzəm tədbirlər sağlamlığınızın qorunmasında böyük əhəmiyyət daşıyır.

Könül Oruc

E-saglam.az