Psixoloq Aleks Letosa sadə bir məşqin mənfi düşüncələrin öhdəsindən gəlməyə kömək edə biləcəyini söylədi.
E-saglam.az xəbər verir ki, Letosa izah etdi ki, məşqi tamamlamaq üçün sizə yalnız kağız və qələm lazımdır. Əvvəlcə problemi ətraflı təsvir etməlisiniz. Daha sonra qorxu, kədər, qəzəb və ya günahkarlıq kimi hissləri yazmalısınız, deyə mütəxəssis əlavə etdi. Bundan sonra soruşmalısınız: Bu problem sizə nə öyrədə bilər və onda inkişafınıza kömək edəcək bir şey varmı?
Bu sualları cavablandırdıqdan sonra, hekayəni yeni bir perspektivdən yenidən yazmalı, onun sizə nə verdiyinə diqqət yetirməlisiniz, nə götürdüyünə yox. Letosa izah etdi ki, insan beyni alternativləri görməyə öyrədildikdə mənfi dövrdən daha yaxşı çıxa bilir.
Tərcümə: Könül Oruc