Qidalanma
Psixiatr stress və narahatlığı artıran
Qidalanma
288

Psixiatr stress və narahatlığı artıran 5 qidanı açıqladı

Psixiatr Yuliya Levçenkonun fikrincə, bəzi qidalar stress və narahatlıq səviyyəsini artırır, hətta depressiya simptomlarını ağırlaşdıra bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssis bu məhsullardan uzaq durmağı tövsiyə edir:

Qəhvə və kofeinli içkilər – Kofein ürək döyüntüsünü və təzyiqi artırır, narahatlığı gücləndirir.

Şəkər – Adrenalin səviyyəsini yüksəldir, maqnezium balansını pozur, sinir sisteminə mənfi təsir edir.

Duz – Həddindən artıq duz stress hormonlarının artmasına səbəb olur, insanı daha gərgin edir.

Qida əlavələri (MSG) – Çips, sosiskalar, fast-food kimi məhsullardakı əlavələr qan təzyiqini və qlükozanı yüksəldir.

Alkoqol – Qısa müddətlik rahatlıq hissi yaratsa da, uzunmüddətli dövrdə depressiyanı artırır və beyin funksiyalarını zəiflədir.

Bu məhsulları tamamilə pəhrizdən çıxarmaq lazım deyil, lakin narahatlıq dövründə istehlakını azaltmaq vacibdir. Əvəzində fiziki aktivlik və açıq havada gəzinti daha faydalı ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun