Tədbirlər
PR Point Baku “Enerji Jurnalistikası və Müasir Mediada Yeni Trendlər”
Tədbirlər
236

PR Point Baku “Enerji Jurnalistikası və Müasir Mediada Yeni Trendlər” mövzusunda tədbir keçirdi

19 may 2025-ci ildə PR Point Baku’nun təşkilatçılığı ilə “Enerji Jurnalistikası və Müasir Mediada Yeni Trendlər” mövzusunda xüsusi tədbir keçirildi.

E-saglam.az xəbər verir ki, Grand Hotel-in daxilində yerləşən Le Grand restoranında baş tutan görüşdə media mütəxəssisləri, jurnalistlər və PR sahəsində çalışan yerli iştirakçılar bir araya gəldilər.

Tədbirin əsas qonağı türkiyəli peşəkar jurnalist İşık Tuncel idi. O, enerji jurnalistikasının aktuallığını, bu sahədə baş verən yenilikləri və enerjinin media vasitəsilə cəmiyyətə necə çatdırıldığını təhlil etdi. Həmçinin enerji sektorunda medianın rolu və bu sahədə tətbiq olunan yeni texnologiyalarla bağlı təcrübəsini iştirakçılarla bölüşdü.

Azərbaycanlı media eksperti, jurnalist Məhəmmədəli Ələkbərov isə müasir medianın inkişaf trendləri, rəqəmsal dönüşüm və yeni jurnalistika metodları barədə çıxış etdi. O, sosial media və yeni platformaların jurnalistika sahəsinə təsiri, həmçinin jurnalistlərin bu dəyişikliklərə necə uyğunlaşmalı olduqları barədə praktiki nümunələr təqdim etdi.

Tədbirin açılışını PR Point Baku-nun təsisçisi və direktoru Aida Ramiz edib. O, tədbirin məqsədinin enerji jurnalistikasında yeni trendləri işıqlandırmaq, jurnalistlər üçün bilik və təcrübə paylaşımı mühiti yaratmaq, eləcə də Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlığa töhfə vermək olduğunu bildirib. 

Tədbirdə enerji sektorunda media və jurnalistikanın rolu, enerji jurnalistikasında yeni texnologiyalar və yanaşmalar, müasir medianın transformasiyası və rəqəmsallaşma, sosial media və yeni platformaların jurnalistikada rolu, həmçinin Azərbaycan və Türkiyə arasında media əməkdaşlığı və təcrübə mübadiləsi kimi mövzular müzakirə olunub. Bununla yanaşı, müasir mətbuatda gündəmdə olan məsələlər və jurnalistikanın inkişaf istiqamətləri barədə də geniş fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, PR Point Baku bu kimi silsilə tədbirləri gələcəkdə də davam etdirməyi planlaşdırır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun