Qızmar yay günlərində sərinləməyin ən əlverişli yollarından biri suda vaxt keçirməkdir.
Çoxları bunun üçün dənizə və yaxud qapalı hovuzlara üz tutur.
Son zamanlar plastik şişirdilmə hovuzlarından istifadə də geniş yayılıb.
E-saglam.az xəbər verir ki, pediatr Mətanət Əliyevə Hit.az-a bildirib ki, plastik məmulatlarda insan orqanizminə ziyanlı olan kifayət qədər maddə var:
"Yay aylarında dənizin suyu, qumu azyaşlılar üçün çox faydalıdır. Ona görə yaxşı olardı ki, valideynlər günəşdən qorunmaq şərtilə uşaqlarını dənizə aparsınlar. Praktika göstərir ki, tez-tez xəstələnən balacalar yayda dənizə gedirsə, qışda çox az xəstələnir. Plastik hovuzlar tez tez dezinfeksiya olunmalıdır".