Tibbi xəbərlər
Philips Avent və United Mums "Hamilələrlə
Tibbi xəbərlər
175

Philips Avent və United Mums "Hamilələrlə səhər yeməyi görüşü" keçirdi

Philips Avent və United Mums-ın birgə təşkilatçılığı ilə "Hamilələrlə səhər yeməyi görüşü" adlı xüsusi tədbir keçirilib.

E-saglam.az xəbər verir ki, gələcək analar üçün nəzərdə tutulmuş görüş mehriban və səmimi bir atmosferdə baş tutub.

Tədbirə dəvət olunan mütəxəssis qonaqlar hamiləliyin müxtəlif aspektləri ilə bağlı iştirakçıların suallarını cavablandırıb.

Cərrah-mama ginekoloq, tibb üzrə fəlsəfə doktoru və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkimi Ülviyyə Şahmalıyeva sağlam hamiləlik və doğum prosesi ilə bağlı vacib məlumatları iştirakçılarla bölüşüb.

Psixoloq, CBT terapist Jalə Mirsaab isə hamiləlik dövründə psixoloji sağlamlığın əhəmiyyətindən və bu dövrü daha rahat keçirməyin yollarından danışıb. 

Tədbir gələcək anaların yüksək marağı və fəal iştirakı ilə yadda qalan bir günə çevrilib. Philips Avent və United Mums bu cür görüşlər vasitəsilə hamilə qadınları mütəxəssislərlə bir araya gətirməyi və onlara peşəkar dəstək göstərməyi hədəf alır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun