Payızda immunitet sisteminə təsir edən müxtəlif amillər var.
Bu barədə E-saglam.az-a Qida mühəndisi Fərid Səfərov danışıb. O, bildirib ki, günəşin təsirinin azalması, iş və məktəb tempinin artması, günlərin qısalması, yuxu rejimində dəyişikliklər, fiziki fəaliyyətin azalması, temperatur azaldıqca içilən suyun miqdarının azalması və s. payızda immunitet siteminə təsir göstərir.
Xəstələnməmək və immunitetimizi gücləndirmək üçün nə edə bilərik?
- miqdarında və balanslı qidalanın.
- davamlı şəkildə idmanla məşğul olun.
- yuxu rejiminə riayət edin.
- stressi minimuma endirin.
- spirtli, qazlı və şəkərli içkilər içməyin.
- tütün məmulatlarından uzaq durun.
- pis vərdişlərdən uzaqlaşın.
- sağlam çəkinizi qoruyun.
- gigiyena qaydalarına xüsusilə əməl edin.
- mövsümi meyvə və tərəvəzlər, xüsusən də portağal, ispanaq, cəfəri, balıq, yumurta, badam, qoz, qatıq və s. qidaları qida rasionunuza daxil edin.