Gözəllik-dəb
Payızda dərinizdə ən çox bu problem olur
Gözəllik-dəb

Payızda dərinizdə ən çox bu problem olur

Payız mövsümü dəridə bir çox problemlər yaradır. Onlar arasında ən çox rast gəlinən isə dəri quruluğudur.

E-saglam.az xəbər verir ki, dəri quruluğunu ev şəraitində aradan qaldırmaq heç də çətin deyil. Bunun üçün qidalanma ilk sırada gəlir.

Dəniz mövsümündə günəş vannası qəbul etmək dərini zədələyir. Bunun ilik səbəbi dənizdən çıxandan sonra duzlu suyun üzdən yuyulmasıdır. Buna görə də dənizdən çıxan kimi üzü yumaq mütləqdir.

Küçəyə çıxmazdan 30 dəqiqə əvvəl nəmləndirici krem çəkin. Çalışın kremi 2-3 saatdan bir yeniləyin.

Hər dəfə vanna qəbul etdikdən sonra üzünüzə yüngül nəmləndirici çəkməyə çalışın. Vanna otağında 10 dəqiqədən çox qalmayın. Duşdan sonra üzünüzü soyuq su ilə yuyun.

Çalışın soyuducuda üzünüz üçün müxtəlif sudan buzlar saxlayın. O buzları üzünüzə sürtün.

Gecə yatmazdan əvvəl avokado, arqan yağı ilə üzünüzü masaj edə bilərsiniz.

Ən önəmlisi çoxlu su için. Gün ərzində ən az 2 litr su içilməlidir.

Əgər bunlardan sonra da dəriniz quruyur və qaşınırsa həkimə müraciət edin./axşam.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun