Faydalı
Payız gəlir, xəstələnməmək üçün immunitetimizi necə möhkəmləndirək? -
Faydalı

Payız gəlir, xəstələnməmək üçün immunitetimizi necə möhkəmləndirək? - Açıqlama

E-saglam.az xəbər verir ki, diyetoloq Larisa Nikitina "Life.ru" ilə söhbətində immuniteti möhkəmləndirmək üçün faydalı olan meyvə və tərəvəzləri sadalayıb.

Həkim diqqəti qara qarağatın C vitamininin tərkibinə görə hətta əczaçılıq preparatlarından da üstün olduğuna diqqət çəkib. Bundan əlavə, vitamin sarımsaqda, kividə, brokolidə, yabanı sarımsaqda, bolqar və acı bibərdə, portağalda, limonda və  itburnuda olur.

Nikitinanın sözlərinə görə, insanların əksəriyyətində ilk növbədə beyin fəaliyyətini yaxşılaşdıran və ürək problemlərinə kömək edən B vitaminləri yoxdur. Onun sözlərinə görə, B vitamini noxudda, qırmızı ətdə, lobya və taxılda, kartofda və təbii inək südündə, yaşıl tərəvəzlərdə və ən çox da kələmdə olur.

Diyetoloq qeyd edib ki, payızda balqabaq, qızılbalıq və yumurtada olan D vitamininin alınması da vacibdir.

Nikitina xəbərdarlıq etdi ki, aptek vitaminlərini mövsümi məhsullarla tamamilə əvəz etməməlisən, lakin hər ikisinin birləşməsi bütün il boyu bədəni bütün lazımi maddələrlə təmin edəcəkdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun