Qidalanma
Pasterizə olunmuş süd
Qidalanma
106

Pasterizə olunmuş süd zərərlidir?

"Infobae"nin məlumatına görə, diyetoloq Erin Rossi son dövrlər populyarlığı artan pasterizə olunmamış südün sağlamlıq üçün ciddi risklər yaratdığını bildirib.

E-saglam.az xəbər verir ki, mütəxəssis vurğulayıb ki, belə südün tərkibində təhlükəli patogenlər ola bilər və bu, müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Rossi qeyd edib ki, pasterizə olunmamış südün istehlakı qarın ağrısı, qızdırma, qanlı ishal, böyrək zədələnməsi və hətta hemolitik uremik sindrom kimi ağır fəsadlara yol aça bilər. Onun sözlərinə görə, yaranan simptomlar orqanizmə daxil olan patogenin növündən asılı olur.

Mütəxəssis pasterizasiyanın məhz bu cür xəstəlik törədicilərini məhv etmək üçün vacib olduğunu vurğulayıb. Rossi əlavə edib ki, bu prosesdən çəkinməyə ehtiyac yoxdur, çünki pasterizasiya südün qida dəyərini, o cümlədən zülal tərkibini azaltmır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun